Moskvada "Rivera" Ticarət Mərkəzində yanğın baş verib. Bu barədə 6 fevral tarixində APA məlumat verib.
Paytaxtın Danilovski rayonunda yerləşən ticarət mərkəzində yanğın binanın birinci mərtəbəsindən üçüncü mərtəbəsinə kimi fasad hissəni əhatə edib.
Hazırda ticarət mərkəzindən ziyarətçilərin və əməkdaşların təxliyəsi həyata keçirilib. Zərərçəkənlər barədə məlumat verilməyib.