"MrBeast" ləqəbi ilə tanınan məşhur yutuber Ceyms Donaldson nişanlanıb.
İnsanoid.com xəbər verir ki, 26 yaşlı amerikalı bununla bağlı 64 milyondan çox izləyicisi olan “Instagram” hesabında paylaşım edib.
O, Milad bayramı günü 27 yaşlı sevgilisi Thea Booysenə evlilik təklif edib.
Cütlük 2022-ci ildən birlikdədir. Əslən Cənubi Afrikadan olan Thea da “Youtube”çudur və "TheaBeasty" kanalını idarə edir.
Qeyd edək ki, "MrBeast" bahalı hədiyyələrlə uduşlar təşkil etməklə məşhurlaşıb.
[gallery link="file" size="full" ids="212817,212818,212819"]