Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayır. Bu barədə İnsanoid bu gün, 26 iyul tarixində Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinə istinadən məlumat verir.
Vakansiya seçimi 26 iyul saat 11:00-dan 31 iyul saat 11:00-dək həyata keçiriləcək.
Bütün fənlər üzrə vakansiya seçimində 40 və daha yüksək bal toplayan namizədlər iştirak edə biləcəklər.
Namizədlər seçdikləri vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdikləri halda, müsabiqənin növbəti vakansiya seçimlərində iştirak edə bilməyəcəklər.