top
Müdirin qızını yoldan çıxarıb zəngin oldu - Yanan otelin sahibi barədə BİLİNMƏYƏNLƏR
30 yanvar 2025, 02:27
- ↺ +

Müdirin qızını yoldan çıxarıb zəngin oldu - Yanan otelin sahibi barədə BİLİNMƏYƏNLƏR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

78 nəfərin yanaraq öldüyü “Grand Kartal” otelində baş verən fəlakətə görə məsul olan müdir Halit Ergül bir vaxtlar odunçu olub. Çalışdığı otel sahibinin qızı ilə evləndikdən sonra o, müdir olub və öz otel şəbəkəsini qurmaq üçün hər cür pis əmələ əl atıb.

Lent.az Halit Ergül barədə yazını təqdim edir:

Halit Ergül Bolunun mərkəzindəki Susuzkınık kəndində anadan olub. İbtidai və orta məktəbi bitirdikdən sonra lisey üçün Boluya gedib. Yay aylarında bir çox kəndlilər kimi odunçu işləyib. 1978-ci ildə rizəli iş adamı Mazhar Murtezaoğlu Kartalkayada ilk 'Kartal' adlı otelini inşa etdirdi. Yaxınlıqdakı kənd sakinləri də oteldə işləyirdilər. Ergül orta məktəbi bitirdikdən sonra kəndindən 15 kilometr aralıda yerləşən bu oteldə işləməyə başlayıb. O, mühasibatlıq şöbəsində işləyirdi. Həmin dövrü xatırlayanların dediyinə görə, gələcəyin otel müdiri o illərdə kargüzarlıq işi ilə məşğul olurdu. Bu işlərə başı qarışan Halit Ergül ali təhsil almayıb.

Fürsətçil kürəkən

İşlədiyi müddət ərzində o, otelin sahibi Mazhar Murtezaoğlunun qızı Əminə Murtezaoğlu ilə də tanış olub. Onların tanışlığı bir müddət sonra emosional münasibətə çevrilib. Daha sonra Ergül ailəsi Əminə Murtezaoğlunu istəməyə gedib. Ata Mazhar Murtezaoğlu əvvəlcə bu vəziyyətin əleyhinə olsa da, zaman keçdikcə evliliyə razılıq verib. Onlar 1987-ci ildə evləniblər.

Halit Ergül adi işçi kimi fəaliyyətə başladığı otelin sahibinin kürəkəni oldu. Onun dominant qayınatasının rəğbətini qazanması çox çəkmədi. Bir müddət sonra qayınatasının “sağ əli” oldu.

İkinci oteli açdılar

Kartal otelində işlər yaxşı gedirdi. Mazhar Murtezaoğlu, ilkindən bir neçə dəfə böyük olan ikinci otelini məhz bu otelin yanında tikdirdi. O, adını “Grand Kartal” qoydu. Bu otel də böyük marağa səbəb olub. 2004-cü ildə müdir Mazhar Murtezaoğlu iki otelini uşaqlarına təhvil verib. “Grand Kartal”ı qızı Əminə, ilk oteli olan “Kartal”ı isə oğlu Haruna verdi. Artıq iki ayrı şirkət, iki ayrı otel var idi. Halit Ergül illər əvvəl mühasibatlığa başladığı otelin müdiri olub. Şirkətləri ayırdıqdan sonra isə qaynı Harunla araları dəydi.

Qayınata Altsheymer xəstəsi oldu...

2007-ci ildə Mazhar Murtezaoğlu Parkinson və Altsheymer xəstəliyinə görə bütün işlərindən uzaqlaşdığı üçün Halit Ergülün yolu daha da açıldı. Ergüllə qaynı arasında münaqişə və gərginlik həmişə davam edib. İddia və şikayətlər davam edib. Bu gərginlik bölgə ilə bağlı birgə qərarların qəbul edilməsinə də mane olub. İddialara görə, Ergül “Kartal” otelini almaq istəyib və ona təzyiq edilib. “Grand Kartal”da işləri yaxşı gedən Ergül “Ceyran” adlı yeni otel tikdirib. O, bu obyektə kürəkəni Əmir Arası müdir seçdi. İstintaq çərçivəsində kürəkən Əmir Aras da həbs edilib.

Baş menecerin açıqlaması:  Xəbərdarlıq düyməsini basa bilmədim

“Grand Kartal” otelinin sahibi Halit Ergülün saxlanılan kürəkəni Əmir Arasın ifadəsi üzə çıxıb. Otelin həm də baş meneceri olan, lakin “kompüterləri və rezervasiyaları yoxlayırdım” deyən Aras qısaca belə ifadə verib: “Keçən dəfə Turizm Nazirliyinin apardığı yoxlamada mən də iştirak etdim. Nazirliyin əməkdaşları otelin hər tərəfinə baxış keçiriblər. Bu yoxlama təxminən 5-6 saat çəkdi. Bələdiyyənin nəzarəti varmı, bilmirəm. Otelin meneceri kimi mən də mühafizəyə cavabdehəm və kürəkən olduğum üçün mən də orada idim. Baş verənlərə görə çox üzr istəyirəm. Yanğın zamanı mən otelin 7-ci mərtəbəsində idim. Qızım yanımda idi. Gecə telefonuma zəng gəldi və mənə dedilər ki, yanğın var. Qapını açdım, telefonum yenidən zəng çaldı. Mərtəbə müdiri yanğının olduğunu və bunun restoran bölməsində başladığını bildirdi. Pilləkənləri enib çölə çıxdım. Yanğın çox güclü olduğu üçün xəbərdarlıq düymələrini basa bilmədim. Həmin an heç nə düşünə bilmirdim”.

Qalmaqallı təlimat

“Grand Kartal Hotel”in əməkdaşı Tuni Burhan faciə gecəsi baş verənləri belə izah edib: “Qonşu otaqda mətbəxdə aşpaz olan şəxs qapımızı şiddətlə döyərək bizi oyatdı. “Yanğın var. Narahat olmayın, ancaq otağı dərhal boşaldın" dedi. Tələsik çıxdıq. Mətbəxin pəncərələrindən tüstü gəlirdi. Yanğın bir qədər irəliləmişdi. Heyət arasında danışılanlardan bildiyimə görə, yanğın mətbəxdə yemək bişirmək üçün istifadə edilən qaynar yağdan başlayıb. Baca təmizlənmədiyinə görə hər yeri alov bürüyüb və qaynar yağı su ilə söndürməyə çalışıblar”.

“Özümüz söndürərik”

Otel müdirinə göstərişlər gəlib. Menecer, “Heyəti oyadın, amma heç kimə deməyin. Alovu özümüz söndürərik. İşçilərdən bəzilərini dayanacağa göndərin” deyib.

Otel müdiri Zeki Yılmaz belə ifadə verib:

“Onsuz da bu oteldə işlər belə gedirdi. Əgər hər hansı problem olarsa, işçilər bunu öz aralarında həll edir, heç kimə xəbər vermirdilər. Allaha şükür ki, otel hələ də tab gətirirdi. Dekabrın 12-də yoxlama aparılıb və əməkdaşların istifadə etdiyi liftə qırmızı lövhə vurulub. Bu, "Liftə minmək təhlükəli və qadağandır" demək idi. Amma biz liftdən istifadə etməyə davam etdik. Qaz sızırdı, borular partlayırdı. İşçilər öz aralarında 'İnşallah, bu mövsümü də sağ-salamat başa vuracağıq' deyirdilər”.

[gallery link="file" columns="1" size="full" ids="216014"]

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:57

Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib

Cəmiyyət
Bu gün, 15:56

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Cəmiyyət
Bu gün, 15:52

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət
Bu gün, 15:51

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Bu gün, 15:42

Bakıda təhsil işçiləri metro və avtobusa 1 qəpik ödəyəcəklər

Cəmiyyət
Bu gün, 15:38

Vüqar Bayramov: "Kredit götürən şəxs işsiz qalmaq riskindən sığortalanacaq"

Cəmiyyət
Bu gün, 15:10

Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib

Cəmiyyət
Bu gün, 13:24

"Araz Supermarket" barədə protokol tərtib olunub

Cəmiyyət
Bu gün, 13:17

X–XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi prosesinə aydınlıq gətirilib

Cəmiyyət
Bu gün, 13:04

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Siyasət
Bu gün, 12:56

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

Cəmiyyət
Bu gün, 12:21

Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib

İqtisadiyyat
Bu gün, 12:07

ZachXBT: "Binance" birjası əməkdaşının Şimali Koreyalı qadın casusla sevgi münasibəti səbəbindən 6 milyard dollar oğurlanıb"

Cəmiyyət
Bu gün, 12:01

İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Cəmiyyət
Bu gün, 11:52

"Halloween"i tənqid edən Sinan Akçılın arxiv fotosu ortaya çıxdı

Cəmiyyət
Bu gün, 11:45

Vergi yoxlamasından yayınmaq müqabilində 200 min manat rüşvət almaqda ittiham olunan üç vəzifəli şəxsin işi məhkəməyə göndərilib

Cəmiyyət
Bu gün, 11:44

84 yaşlı Amitabh Baççan gülləkeçirməz şüşə arxasında azarkeşləri ilə görüşüb - VİDEO

Cəmiyyət
Bu gün, 11:38

"O, həddindən artıq populyarlaşır. Bu, məni sevindirmir" - Tramp Rubio barədə

Cəmiyyət
Bu gün, 11:34

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

Cəmiyyət
Bu gün, 11:04

Kimi Antonelli "Formula-1" tarixinin ən gənc çempionu olub

Cəmiyyət
Bu gün, 10:23

DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Oxşar xəbərlər