Narkotiklərin dövriyyəsində təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmiş Elşən Əsgərov bəraət alıb. Bu haqda mayın 6-da APA məlumat yayıb.
Vəkil müvəkkilinin verilmiş ittihamlarla əlaqəsi olmadığını və birinci instansiya məhkəməsində cinayət işinin düzgün araşdırılmadığını bildirib. Məhkəmənin qərarına əsasən, ittihamedici hökm ləğv edilib.
Sözügedən şəxs məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, həmin vətəndaş 2020-ci ilin mart ayında Astarada polis tərəfindən saxlanılmışdır. O, Cinayət Məcəlləsinin narkotiklərlə bağlı olan 234.1 və 234.3-cü maddələrilə ittiham olunmuşdur.