Oğuzda 4 məcburi köçkün ailəsinin yaşadığı ev yanıb. Bu barədə 12 dekabr tarixində Report məlumat verib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 4 ailənin, ümumilikdə 15 nəfər məcburi köçkünün məskunlaşdığı ev anidən alovlanıb. Yanğın zamanı tikili yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
[gallery link="file" columns="2" size="full" ids="158346,158345"]