Oğuz rayonunda evdə kişi meyiti tapılıb. Bu barədə Report 19 dekabr tarixində məlumat verib.
Rayonun Qumlaq kəndində 58 yaşlı kənd sakini Eyvaz Mirzə oğlu Qocayevin yaşadığı evdə meyiti aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Məlumata görə, 58 yaşlı E.Qocayev spirtli içkiyə meyilli olub və evdə tək yaşayıb.
Faktla bağlı araşdırma aparılır.