Oğuz rayonunda 36 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə 3 avqust tarixində Report məlumat verib.
Hadisə rayonun Tayıflı kəndindəki meşəlik ərazidə baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü Bayramov Fuad Valeh oğlu meşədə olarkən üzərinə ağac düşüb.
O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və daha sonra orada ölüb.