Ziya Bünyadov prospektində qəza baş verib. Bu barədə 19 yanvar tarixində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.
Nərimanov rayonu Ziya Bünyadov prospektindəki Olimpiya stadionunun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Bu səbəbdən metronun “Qara Qarayev” stansiyası istiqamətində sıxlıq yaranıb.