Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, bu gün ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 10 yanvar tarixində xəbər verir.
Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 12-dək fasilələrlə davam edəcək.
"Yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 11-i gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var", - o deyib.