Ukrayna ordusunun Hava Hücumundan Müdafiə (HHM) qüvvələri ötən gecə ərzində İran istehsalı olan 14 “Shaheed-131/136” pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə 22 noyabr tarixində APA Ukrayna Hərbi Hava Qüvvələrinin Mətbuat Xidmətinə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Rusiya ordusu Ukraynaya “X-22” tipli qanadlı raket atıb. Raket düzənlik əraziyə düşüb və ilkin məlumata görə, xəsarət alan olmayıb.