Polis əməkdaşları ötən gün vətəndaşlardan 12 silah, 2 qumbara təhvil götürüblər. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən bu gün, 17 yanvar tarixində məlumat verir.
16 yanvar tarixində polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 2 qumbara, 11 ədəd müxtəlif markalı tüfəng və 35 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Həmçinin ötən gün qanunsuz saxlanılan 4 ədəd avtomat silahı, 1 ədəd tapança, 6 ədəd müxtəlif markalı tüfəng, 4 ədəd patron darağı və 101 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.