Ötən gün 52 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda aprelin 26-da DİN məlumat yayıb.
Axtarışda olduğuna görə 79 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılıb.
3 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.