Ötən gün 53 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda mayın 3-də DİN məlumat yayıb.
Axtarışda olduğuna görə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılıb.
3 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.