Ötən gün 60 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda aprelin 29-da DİN məlumat yayıb.
Axtarışda olduğuna görə 88 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılıb.
1 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.