Ötən gün 72 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda aprelin 20-də DİN məlumat yayıb.
Axtarışda olduğuna görə 60 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.