Polis əməkdaşlarının yanvarın 9-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində 43 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 10 yanvar tarixində məlumat verir.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 28 kiloqram 267 qram heroin, 10 kiloqram 256 qram marixuana, 5 kiloqram 143 qram metamfetamin, həmçinin 12 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir