Yanvarın 22-də vətəndaşlardan 23 silah götürülüb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə (DİN) istinadən bu gün, 23 yanvar tarixində məlumat verir.
Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd tapança, 13 ədəd müxtəlif markalı tüfəng, 2 ədəd patron darağı və 14 ədəd müxtəlif çaplı patron təhvil alıblar.
Bundan başqa, keçirilən tədbirlərlə qanunsuz saxlanılan 2 ədəd tapança, 6 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 4 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.