Polis əməkdaşları ötən gün vətəndaşlardan silah-sursat götürüblər. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 1 avqust tarixində məlumat verir.
İyulun 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir avtomat silahı, yeddi tüfəng, bir patron darağı və beş ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Həmçinin keçirilən digər əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan üç ədəd tüfəng aşkar edilərək götürülüb.