Ötən gün, iyulun 14-də yol qəzalarında 3 nəfər ölüb. Bu barədə 15 iyul tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
İyulun 14-də ölkə ərazisində qeydə alınan 68 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 112, o cümlədən borclu şəxs qismində axtarışda olan 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.