Avqustun 14-də ölkə ərazisində qeydə alınan 70 cinayətin açılması təmin olunub. Bu barədə 15 avqust tarixində Daxili İşlər Naziriliyi İnsanoid-ə məlumat verib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.