Ötən sutka ərzində 20 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə 30 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər xəsarət alıb.
Həmçinin 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.