Pakistanın Bəlucistan əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 28 nəfər ölüb, 20-yə yaxın şəxs yaralanıb. Bu barədə 29 may tarixində Report məlumat verib.
Hadisə çərşənbə günü səhər saatlarında Vaşuk rayonunda baş verib.
İlkin versiyaya görə, avtobusun təkəri partlayıb, bundan sonra o, yoldan çıxaraq aşıb.
Hadisə yerinə xilasedicilər cəlb ediliblər, yaralılar xəstəxanaya yerləşdiriliblər.