Pakistanın Hayber-Paxtunxva əyalətində deputatlığa namizəd Kelimullah Xan və onun 2 mühafizəçisi silahlı hücumda həlak olublar. Bu barədə İnsanoid "Dawn" qəzetinə istinadən bu gün, 6 fevral tarixində xəbər verir.
Əyalətin Şimali Vəziristan bölgəsində naməlum şəxslər fevralın 8-də keçiriləcək ümumi seçkilərdə deputatlığa namizəd olan Kelimullah Xanın maşınına silahlı hücum ediblər.
Xan Şimali Vəziristan bölgəsindən deputatlığa bitərəf namizəd idi.