Pakistanın Ali Məhkəməsi həbsdə olan keçmiş baş nazir İmran Xanın girov qarşılığında zaminə buraxılmasını təsdiqləyib. Bu barədə Report 22 dekabr tarixində xəbər verib.
Məhkəmə Pakistanın keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşinin zaminə buraxılması ilə bağlı qərar qəbul edib.
Məhkəmənin hökmünə əsasən, onların hərəsi bir milyon Pakistan rupisi dəyərində girov qoyub.
Qeyd edək ki, bu ilin oktyabr ayında Pakistanın Xüsusi Məhkəməsi İmran Xan və Şah Mahmud Qureyşini “dövlət sirləri aktını” pozmaqda rəsmi olaraq ittiham edib.