Ermənistan Gürcüstanın ərazi bütövlüyünü tam və birmənalı şəkildə dəstəklədiyini bildirib. Bu barədə İnsanoid Ermənistan mətbuatına istinadən bu gün, 25 noyabr tarixində xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyan canlı efirdə ona ünvanlanan suala belə cavab verib.
O, Ermənistanın Abxaziya və Osetiyanı işğal olunmuş ərazilər kimi tanımağa hazır olub-olmaması sualını cavablandırarkən deyib:
“Ermənistanın BMT-də 2019-cu ilə qədər və ondan sonra keçirdiyi səsvermədə çox aşkar fərqlər qeydə alınıb və bununla bağlı qardaş dövlətimiz Gürcüstanın nümayəndələri öz məmnunluqlarını bildiriblər.
Biz Gürcüstanın birliyini, suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini və demokratiyasını tam və birmənalı şəkildə dəstəkləyirik”.