Paytaxtın Yasamal rayonunun Həsən Məcidov küçəsi və Nizami rayonunun Elşən Süleymanov küçəsində bu gündən etibarən təmir işləri aparılır.
Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 22 dekabr tarixində xəbər verir.
İşlərin 4 gün ərzində yekunlaşdırılması planlaşdırılır.
Qeyd olunan səbəbdən sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq, digər zolaqlara yönləndiriləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.