Ağcabədidə pirotexniki vasitələrin satışını təşkil edən şəxs müəyyən edilib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 20 dekabr tarixində xəbər verir.
Həmin ṣəxsdən aşkarlanan pirotexniki vasitələr götürülüb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.
[caption id="attachment_156016" align="alignnone" width="696"]
Foto DİN[/caption]