Polis Kürdəmirdə keçirdiyi əməliyyat zamanı 57 kibrit qutusu marixuana aşkarlayıb. Bu barədə İnsanoid DİN-in mətbuat xidmətinə istinadən bu gün, 17 yanvar tarixində xəbər verir.
Kürdəmir rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Sor-Sor kənd sakini Elzamin İsmayılov saxlanılıb.
Onun yaşadığı evə keçirilən baxış zamanı satış məqsədilə 57 ədəd kibrit qutusunda qablaşdırılmış və çəkisi 400 qrama yaxın olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.