Dövlət Yol Polisi İdarəsinin (DYP) əməkdaşları "MİDA" yaşayış kompleksində piyadaların hərəkətinə maneə yaradan sürücüləri cərimələyib.
Bu barədə Report 5 dekabr tarixində xəbər verib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, "MİDA" yaşayış kompleksinin sakinlərinin 050-8000-902 whatsapp nömrəsinə gələn çoxsaylı müraciətləri əsasında qeyd olunan ərazidə nəzarət-profilaktiki tədbirlər həyata keçirilib, yol hərəkəti qaydalarını pozaraq avtomobillərini piyada səkilərində saxlayan sürücülər məsuliyyətə cəlb ediliblər.
Bir daha bütün sürücülərdən səkilərdə avtomobil saxlayaraq piyadaların hərəkətinə mane olmamaları, onların həyatı üçün təhlükə yaratmamaları tələb olunur.
Qeyd olunan ərazidə bundan sonra da mütəmadi olaraq belə tədbirlər həyata keçiriləcəkdir.