“Premium Bank” ASC-nin rəhbərliyində dəyişiklik olub. Bu barədə İnsanoid bankın mətbuat xidmətinə istinadən bu gün, 11 dekabr tarixində xəbər verir.
Dekabrın 9-da Fərhad Adil oğlu Baxşəliyev “Premium Bank”ın Müşahidə Şurasının yeni üzvü seçilib. Gülbəniz Hüsü qızı Ağayeva isə bankın MŞ-nin tərkibindən çıxarılıb.
Hazırda “Premium Bank”ın Müşahidə Şurası sədri Elçin Əhmədov, MŞ-nin digər üzvü isə Camal Paşayevdir.