Fevralın 7-də, məhz prezident seçkiləri günü 228 şəxsin 18 yaşı tamam olur və onlar seçki günü səsvermə hüququ əldə edəcəklər. Bunu müsahibəsi zamanı Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.
Bu barədə 30 yanvar tarixində Report məlumat verib.
"Hazırda bu layihəni gerçəkləşdiririk və yaxın günlərdə ictimaiyyətə təqdim edəcəyik. Çalışırıq ki, onlar həmin günü xüsusilə yadda saxlasınlar”, – deyə qurum rəsmisi bildirib.