“Qanlıgöl” ərazisinə zibil atan vəzifəli şəxs və sürücü cərimələnib. Bu barədə aprelin 27-də Daxili İşlər Nazirliyindən APA-ya bildirilib.
Yasamal rayonunun “Qanlıgöl” adlanan ərazisində “ZİL” markalı yük avtomobili ilə qarışıq tullantıların boşaldılması aşkar edilib. Qaradağ rayonu ərazisində isə sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi müəyyən edilib.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduqlarına görə yük avtomobilinin sürücüsü Bəhram Sərdarov və “Qədim” kiçik müəssisəsinin vəzifəli şəxsi Nizami Sahibcanov cərimələnib.