Göyçayda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə İnsanoid Göyçay Rayon Prokurorluğuna istinadən bu gün, 24 may tarixində xəbər verir.
Mayın 23-də saat 21:00 radələrində Göyçay rayonu ərazisində 45 yaşlı Rza Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 25 yaşlı Mehdi Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rza Əhmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Mehdi Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.