Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə Report 3 fevral tarixində xəbər verib.
Qazax şəhərində "VAZ" markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində 27 yaşlı S.Qocayev, 30 yaşlı G.Orucov, 23 yaşlı H.Əliyev və 24 yaşlı E.Kərimov xəsarət alıblar.
Zərərçəkənlər Qazax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.