Qazaxda məhkəmə qərarı ilə saxlanılan şəxsə narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə İnsanoid bu gün, 28 avqust tarixində Report-a istinadən məlumat verir.
Rayon sakini, 35 yaşlı Maral Osmanova Qazax Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində saxlanılan tanışı Elvin Mansurova geyim və digər gigiyenik əşyalar gətirib. Əşyaların arasında olan nəm salfet qutusunun içərisindən 1 ədəd bükümdə narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Götürülən maddi sübut müvafiq ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.
[gallery link="file" size="full" ids="127348,127349,127346"]