Qazaxda avtomobil yanıb. Bu barədə 5 yanvar tarixində APA məlumat verib.
Hadisə şəhərin mərkəzi küçələrinin birində qeydə alınıb.
Belə ki, yolun kənarında hərəkətsiz vəziyyətdə olan "Mercedes" markalı minik maşınının mühərrik hissəsi anidən yanmağa başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb, minik maşının qalan hissəsi yanğından mühafizə edilib.
Faktla bağlı araşdırma aparılır.