Bu gün Qazaxıstanın Almatı şəhərində Türkiyə Cümhuriyyətinin ilk prezidenti və qurucusu Mustafa Kamal Atatürkün abidəsinin açılışı olub. Bu barədə 26 yanvar tarixində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi məlumat yayıb.
Mərasimdə Qazaxıstanın (RK) mədəniyyət naziri, Türkiyənin Astanadakı səfiri və TÜRKSOY-un Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi iştirak ediblər.
Atatürkün adını daşıyan parkda ucaldılan abidənin hündürlüyü 3 metrdir.