Qazaxıstanın Almatı şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid Qazaxıstan mediasına istinadən bu gün, 23 dekabr tarixində xəbər verir.
Belə ki, kişi sərnişinlərdən biri avtobusun qadın sürücüsünə zərbə yetirib. Nəticədə sürücü huşunu itirib və avtobus idarəetmədən çıxıb. İctimai nəqliyyat vasitəsi piyadalardan birini vurduqdan sonra izdihamın üzərinə hərəkət edib.
Nəticədə 3 nəfər yerində ölüb, daha 4 nəfər ağır yaralanıb, eyni zamanda 4 avtomobil yararsız vəziyyətə düşüb. Yaralananlardan biri 15 yaşlı yeniyetmədir.