Qazaxıstanın Almatı şəhərində hostel yanıb. Bu barədə İnsanoid yerli mətbuata istinadən bu gün, 30 noyabr tarixində xəbər verir.
Bu gün səhər Almatı şəhəri, Şaripova, 86 ünvanındakı hosteldə yanğın olub. Hadisə zamanı orada 72 nəfər olub.
Gələn yanğınsöndürənlər 13 nəfərin cəsədini aşkar ediblər. Ölümlərin ilkin səbəbi olaraq dəm qazı göstərilir.
[caption id="attachment_139882" align="alignnone" width="696"]
Foto açıq mənbədən[/caption]