Qazaxıstan vətəndaşlarına yeni növ koronavirus infeksiyası və qızılcadan qorunmaq üçün yenidən maska taxmaq tövsiyə olunur.
Bu barədə İnsanoid Qazaxıstan KİV-yə istinadən bu gün, 9 fevral tarixində xəbər verir.
Ölkənin Baş Dövlət Sanitar Həkimi Ayjan Esmaqambetovanın göstərişində bildirilib ki, hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlərin gücləndirilməsi vacibdir.