Qəzza zolağında quru əməliyyatı zamanı ölən İsrail hərbçilərinin sayı 180-ə çatıb. Bu barədə 9 yanvar tarixində Report İsrail KİV-yə istinadən məlumat verib.
İsrail Müdafiə Ordusu bu gün həlak olan 4 əsgərin adlarını açıqlayıb. Beləliklə, Qəzza zolağında quru əməliyyatı zamanı ölənlərin sayı 180 nəfərə çatıb.
7 hərbi qulluqçunun vəziyyəti ağırdır.