Qəzza zolağında 146-sı israilli olmaqla 161 girov saxlanılır. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 30 noyabr tarixində xəbər verir.
İsrail hökumətinin sözçüsü Eylon Levinin sözlərinə görə, girovların 126-sı kişi, 35-i qadındır: “18-dən az yaşı olan 4 uşaq, 75 yaşdan çox 10 nəfər var. Bütün girovlar geri qaytarılacaq. Bu vədimizə əməl edəcəyik. Heç kim girovluqda qalmayacaq”.
İndiyədək HƏMAS 20-si xarici ölkə vətəndaşı olmaqla 60 israillini, İsrail isə saxlanılan 180 fələstinlini sərbəst buraxıb.