Qəzza zolağında öldürülən jurnalistlərin sayı 89-a çatıb. Bu barədə İnsanoid Qətərin “Əl-Cəzirə” telekanalına istinadən bu gün, 14 dekabr tarixində məlumat verir.
Atəşə tutulma nəticəsində iki media işçisi həlak olub.
Daha əvvəl sektorun Səhiyyə Nazirliyi bildirmişdi ki, artıq 18 min 600 nəfər Qəzzada eskalasiyanın qurbanı olub, 50 min 600 nəfər isə yaralanıb.