Qəzza şəhərinin qərbindəki Rimal rayonunda yerləşən BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məktəbi İsrail tərəfindən atəşə tutulub. Bu barədə 29 yanvar tarixində Report “Əl-Cəzirə” telekanalına istinadən məlumat yayıb.
Zərbə nəticəsində azı 10 nəfər ölüb.
Bina Qəzza zolağının digər döyüş bölgələrindən qaçan məcburi köçkünlərə sığınacaq kimi verilmişdi.