Qəzzada oktyabrın 7-dən indiyə qədər ən azı 95 jurnalist həlak olub. Bu barədə 18 dekabr tarixində APA Qətərin “Al Jazeera“ kanalı anklavın hakimiyyət orqanlarının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Telekanal 13 dekabrda Qəzza zolağında 89 jurnalistin öldürüldüyü barədə məlumat yaymışdı.
Xatırladaq ki, HƏMAS təşkilatının İsrail ərazisinə raket zərbələri endirməsinə cavab olaraq 7 oktyabrda İsrail ordusu “Dəmir qılınclar” (“Iron swords”) əməliyyatına başladığını bəyan edib. Hərbi əməliyyatlar 73-cü gündür ki, davam edir.