Oktyabrın 7-dən bəri Qəzza zolağında ölən fələstinlilərin sayı 11 min 470 nəfərə çatıb. Bu barədə 17 noyabr tarixində Report “Əl-Cəzirə” telekanalına istinadən məlumat verib.
Bildirilib ki, Fələstin anklavının səhiyyə sisteminin dağılması səbəbindən bir neçə gündür ki, bu barədə məlumat yenilənmirdi.
İsrail tərəfi isə HƏMAS-nin hücumu nəticəsində ölən israillilərin sayının 1,2 min nəfərdən çox olduğunu bildirib.
Xatırladaq ki, HƏMAS ilə İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.