HƏMAS hərəkatı ilə İsrail arasında qarşıdurmaların kəskinləşməsindən bəri Qəzza zolağında ölən fələstinlilərin sayı 18 412 nəfər təşkil edib.
Bu barədə İnsanoid “Al Jazeera” telekanalına istinadən bu gün, 12 dekabr tarixində xəbər verir.
Fələstin anklavının Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, 50 mindən çox yaralının olduğu bildirilib.