Qəzzada ölən İsrail hərbçilərinin sayı 401-ə çatıb. Bu barədə 4 dekabr tarixində Report “The Jerusalem Post”a istinadən məlumat verib.
İsrail Müdafiə Qüvvələrinin 2 hərbçisi dünən Qəzza zolağında gedən döyüşlərdə öldürülüb və bununla da ordu Qəzzada 398 hərbçisini itirib.
Xatırladaq ki, dekabrın 1-də İsrail və HƏMAS arasında atəşkəs başa çatıb. İsrail Müdafiə Ordusu bildirmişdi ki, HƏMAS atəşkəsi pozaraq İsrail ərazisinə atəş açıb. Nəticədə İsrail hərbçiləri Qəzza zolağında HƏMAS-a qarşı döyüşləri bərpa edib.