Qəzza zolağında aparılan döyüşlər nəticəsində həlak olanların sayı 21 507 nəfərə çatıb. Bu barədə 29 dekabr tarixində Report “Al Arabia” telekanalına istinadən məlumat verib.
Oktyabrın 7-dən indiyədək 55 915 nəfər xəsarət alıb.
Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağında HƏMAS və İsrail ordusu arasında münaqişə başlayıb.
İsrail tərəfi baş verənlərə cavab olaraq, bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başlandığını elan edib.